Bakı şəhərində keçiriləcək idman tədbirlərinin həftəlik cədvəli açıqlanıb. Bu haqda bu gün, 11 mart tarixində Bakuplus.az İdman Nazirliyinə istinadən xəbər verir.
11-17 mart tarixləri arasında keçiriləcək idman tədbirlərinin cədvəli aşağıdakı kimidir:
- 64 xanalı dama üzrə ölkə birinciliyi (2005-2007 təvəllüdlü gənclər, 2008-2010 təvəllüdlü kadetlər, 2011-2013 təvəllüdlü kiçik kadetlər, 2014 təvəllüdlü ümidlər və daha kiçik yaşlı oğlanlar və qızlar) – 1-11 mart;
- Şahmat üzrə kişilər arasında ölkə çempionatının seçmə turniri (I dəstə) – 10-19 mart;
- Sərbəst və yunan-Roma güləşləri üzrə U-15 ölkə çempionatı – 12-15 mart.