Bakıda bu həftə bir sıra idman tədbirləri keçiriləcək. Bu haqda bu gün, 4 aprel tarixində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən Bakuplus.az məlumat verir.
Tədbirlərin siyahısı:
2006-2007-ci il təvəllüdlü oğlanlar və qızlar arasında şahmat üzrə Bakı şəhər birinciliyi - 1-9 aprel saat 11:00 (3 saylı RİOEUGİŞM);
"Ümummilli Lider Heydər Əliyev İli"nə həsr olunmuş minifutbol turniri - 5 aprel saat 10:00 (Qaradağ rayonu, Lökbatan qəsəbəsi);
"Ümummilli Lider Heydər Əliyev İli"nə həsr olunmuş şahmat üzrə turnir - 5 aprel saat 10:00 (Qaradağ rayonu, Lökbatan qəsəbəsi);
"Ümummilli Lider Heydər Əliyev İli"nə həsr olunmuş turnikdə dartınma üzrə turnir - 5 aprel, saat 10:00 (Qaradağ rayonu, Lökbatan qəsəbəsi);
2013-2014-cü il təvəllüdlü oğlanlar və qızlar arasında şahmat üzrə Bakı şəhər birinciliyi - 1-9 aprel saat 11:00 (3 saylı RİOEUGİŞM);
U-15 sərbəst və yunan-Roma güləşi üzrə Bakı şəhər birinciliyi - 6-8 aprel saat 10:00 (Şağan Olimpiya İdman Kompleksi).