Hövsan İdman Kompleksində Bakı şəhər kikboksinq birinciliyi keçiriləcək. Bu haqda bu gün, 11 oktyabr tarixində Bakuplus.az Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir.
Bakı Şəhər Gənclər və İdman İdarəsinin və Azərbaycan Kikboksinq Federasiyasının birgə təşkilatçılığı ilə gənclər, yəniyetmələr və kadətlər arasında Bakı şəhər birinciliyi baş tutacaq.
Turnirin məqsədi ölkənin yığma komandası üçün idmançılar seçmək, beynəlxalq yarışlarda ölkəmizi təmsil edən idmançıları müəyyən etməkdir.
Yarış 14-16 oktyabr tarixlərində saat 09:00-da başlayacaq.