Bakının Hövsan qəsəbəsində, “Test and Training” mərkəzində bazar günü “Drive Show” avtomobil yarışı keçirilib. Bu haqda bu gün, 19 iyun tarixində Bakuplus.az məlumat verir.
İştirakçılar drift-şou, “time attack” yarışlarında bir biri ilə mübarizə aparıblar. Şouda tüninq olunmuş avtomobillər, yürüş avtomobilləri və motosikletlər ziyərətçilər üçün parlaq mənzərə yaradıb.
Yarışın qalibi nəzərdə tutulmuş treki 45 saniyədə başa vuran Amin Səfiquliyev olub.