Bakıda kikboksinq üzrə seminar baş tutacaq. Bu haqda bu gün, 2 mart tarixində Bakuplus.az xəbər verir.
Təlim DİN İdman Cəmiyyətinin Kikboksinq üzrə Gənclər və Yeniyetmələrdən ibarət Milli Yığma Komandanın baş məşqçisi, Əməkdar məşqçi Hakim Hacıyev tərəfindən aparılacaq.
“İRƏLİ” İdman Mərkəzinin təşkilatçılığı ilə həyata keçiriləcək seminar martın 2-də saat 15:00-da DİN İdman Cəmiyyətində olacaq. Təlimdə iştirak üçün linkə keçid edin.