Bu gün, 22 iyun tarixində Tofiq Bəhramov adına Respublika Stadionunda Bədən tərbiyəsi və idman istiqamətinə aid 62-ci komissiya üzrə xüsusi qabiliyyət imtahanı təxirə salınıb. Bu haqda Bakuplus.az Dövlət İmtahan Mərkəzinə (DİM) istinadən məlumat verir.
Əlverişsiz hava şəraiti ilə əlaqədar imtahan iyunun 30-na keçirilib.
DİM-dən bildirilib ki, iştirakçıların “İmtahana buraxılış vərəqəsi” onların şəxsi səhifələrinə yerləşdirilib.
Abituriyentlər imtahana gələrkən yeni tarixə uyğun çap etdikləri “İmtahana buraxılış vərəqəsi”, şəxsiyyəti təsdiq edən sənədin əsli və 086U formalı sağlamlıq haqqında arayışı təqdim etməlidirlər.