Azərbaycan Şahmat Federasiyası (AŞF) “Heydər Əliyev İli”nə həsr olunmuş tədbirlər təşkil edəcək. Bu haqda bu gün, 28 fevral tarixində Report məlumat verib.
İl ərzində paytaxtda və ölkənin digər şəhərlərində sislsilə turnirlər - 100 lövhədə eyni anda seanslar, rapid yarışları, tanınmış azərbaycanlı şahmatçıların gənclərlə görüşü, beynəlxalq OPEN turniri və digər tədbirlər keçiriləcək. Məktəblər şahmat lövhələri ilə təmin olunur.
Prezident İlham Əliyev ötən il 22 sentyabrda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Sərəncam imzalayıb.