Bakıda pilates məşğələsi baş tutacaq. Bu haqda 31 may tarixində Bakuplus.az məlumat verir.
Heydər Əliyev Mərkəzinin parkında iyunun 4-də saat 09:00-da ödənişsiz Pilates məşğələsi keçiriləcək. Tədbirdə İştirak etmək üçün öncədən (+994)515880822 nömrəsi ilə əlaqə saxlayıb qeydiyyatdan keçmək lazımdır. Məşqlərdə yaşı 12-dən yuxarı və idman formasında olan şəxslər iştirak edə bilərlər.
Məşğələni Türkiyənin “Bodysystem” Akademiyasının təlimçisi Günay Ağayeva aparacaq.