“Qarabağ” öz heyətinə yeni qapıçı qatıb. Bu haqda bu gün, 18 iyul tarixində Bakuplus.az futbol klubuna istinadən xəbər verir.
30 yaşlı Şəhruddin Məhəmmədəliyevlə “köhlən atlılar” arasında 1 illik müqavilə imzalanıb. O, ötən mövsüm “Adana Demirspor” klubunun formasını geyinib.
Qapıçı 2016-2023-cü illərdə “Qarabağ”ın formasını geyinib. O, 2023-cü ilin yayında “Qarabağ”dan Türkiyə klubuna transfer edilib.