23 yaşlı qrosmeyster “Swiss Queens Wednesday” onlayn beynəlxalq turnirinin qalibi olub. Bu haqda bu gün, 23 fevral tarixində Bakuplus.az Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir.
Qadınlar arasında keçirilən Beynəlxalq şahmat turnirində 24 yaşlı Günay Məmmədzadə 8,5 xalla 1-ci yeri tutaraq turnirin qalibi olub.
“Swiss Queens Wednesday” Beynəlxalq şahmat turniridir. Cari ilin yanvarın 31-dən hər çərşənbə günü “İsveçrə Kraliçası Çərşənbəsi” FİDE Onlayn Arena platformasında keçirilir. Turnir FİDE və ya FİDE Onlayn Arena titullarına sahib olan bütün qadın şahmatçılar üçün açıqdır.