Bakı kənd və qəsəbələri arasında II minifutbol turniri keçirilib. Bu haqda bu gün, 9 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Bakı kənd və qəsəbələri arasında keçirilən ll minifutbol turniri yekunlaşıb. Finalda "Günəşli" və "Aşağı Güzdək" komandaları üz-üzə gəliblər. Oyun "Günəşli"nin 7:0 hesablı qələbəsi ilə bitib.
Üçüncü yer uğrunda qarşılaşmada isə “Biləcəri” və “Mərdəkan” mübarizə aparıb. Əsas vaxt heç-heçə (4:4) yekunlaşdığı üçün penaltilər seriyası baş tutub. "Mərdəkan" futbolçuları burada daha dəqiq olublar.
Mükafatlandırma mərasimində gənclər və idman naziri Fərid Qayıbov, AFFA-nın baş katibi Sərxan Hacıyev iştirak ediblər.
Sözügedən turnirdə 11-12 yaşlı uşaqlardan ibarət 32 komanda yarışıb.