Xətai rayonunda kolleclər arasında minifutbol turniri keçirilib. Bu haqda BakuPlus.az Xətai rayon Gənclər və İdman İdarəsinə istinadən bu gün, 31 oktyabr tarixində xəbər verir.
Gənclik parkındakı minifutbol meydançasında 8 Noyabr – Zəfər Günü münasibətilə keçirilən yarış Xətai Rayon İcra Hakimiyyəti, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Xətai rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə baş tutub.
Nəticələrə görə, Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin “Zəfər” komandası 1-ci, Azərbaycan Dənizçilik Kollecinin “Zəngilan” komandası 2-ci, Azərbaycan Dənizçilik Kollecinin “Ağdam” komandası 3-cü yerləri tutub.
Sonda mükafatlandırma mərasimi keçirilib.
[caption id="attachment_77124" align="alignnone" width="640"]
Foto Xətai rayon Gənclər və İdman İdarəsinin rəsmi Facebook səhifəsi[/caption]