Konqres Mərkəzinin qarşısında idman tədbiri keçiriləcək. Bu haqda bu gün, 26 iyun tarixində Bakuplus.az Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir.
“MINEPS VII” konfransı çərçivəsində keçiriləcək tədbirdə gimnastika, kapoeyra, basketbol, atıcılıq, stolüstü tennis, yelkən idmanı, milli idman, eləcə də futbol, badminton, qılıncoynatma üzrə idman növlərinin nümunəvi çıxışları, həmçinin musiqili şou təşkil olunacaq.
Bundan əlavə, həmin ərazidə "İdman hamı üçün" layihəsi çərçivəsində "Sağlam həyat" günləri də təşkil olunacaq.
Konfrans 29 iyun tarixinə qədər davam edəcək. İdman tədbirləri də həmin tarixə qədər hər gün 17:00-20:00 arası baş tutacaq.