Azərbaycanlı referi Çempionlar Liqasında keçiriləcək oyuna təyinat alıb. Bu haqda bu gün, 11 dekabr tarixində Bakuplus.az AFFA-ya istinadən xəbər verir.
Əliyar Ağayev UEFA Çempionlar Liqasının qrup mərhələsinin VI turu çərçivəsində keçirilən “Srvena Zvezda” (Serbiya) – “Mançester Siti” (İngiltərə) oyununun baş hakimi təyin olunub. Onun köməkçiləri FİFA referiləri Zeynal Zeynalov və Akif Əmirəli olacaqlar.
Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. Qarşılaşmanın VAR hakimi Alper Ulusoy (Türkiyə), AVAR isə Abdulkadir Bitigen (Türkiyə) olacaqlar.