Dekabrın 24-dən 26-dək Azərbaycan üzrə eyni vaxtda 30 idman kompleksində üzgüçülük üzrə yarışlar keçiriləcək. Bu haqda bu gün, 15 dekabr tarixində Bakuplus.az məlumat verir.
“Birlikdə üzək” adlı üzgüçülük yarışı Gənclər və İdman Nazirliyi tərəfindən keçirilir. Hər bir iştirakçı 30 dəqiqə ərzində ən uzun məsafəni üzmək üçün yarışacaq. Bütün iştirakçılar sertifikat və medallarla təltif olunacaqlar. Ən uzun məsafəni 30 dəqiqə ərzində üzən iştirakçılar (hər yaş qrupunda ilk 3 nəfər) qalib elan olunacaq və hədiyyə olaraq hovuzlara abunəlik alacaqlar.
Bakıda Bakı Su İdman Sarayı, Sərhədçi İdman Olimpiya Mərkəzi və Bakı Tennis Akademiyasında baş tutacaq yarışlar 9 yaşdan yuxarı bütün yaş qruplarında (9-10 yaş, 11-12 yaş, 13-14 yaş, 15-16 yaş, 17-19 yaş, 20-24 yaş, 25-29 yaş, 30-34 yaş, 35-39 yaş, 40-44 yaş, 45-49 yaş, 50-54 yaş, 55-59 yaş və 60 yaşdan yuxarı) kişilər və qadınlar kateqoriyalarında keçiriləcək.
Yarışlar hər gün saat 10:00-13:00 və 15:00-18:00 aralığında keçiriləcək.
İştirak ödənişsizdir. Qeydiyyat üçün registration@mys.gov.az elektron poçt ünvanına adınızı, soyadınızı, yaşınızı, telefon nömrənizi, yarışacağınız tarixi, vaxtı (10:00-13:00 və ya 15:00-18:00), üzəcəyiniz hovuzun adını yazıb göndərmək və ya sadəcə 187 qısa nömrəsinə (yaxud 012-499-79-85) zəng etmək (saat 09:00-dan 18:00-dək) kifayətdir.