Futbolçu Anatoli Banişevskinin Bakıda məzarı ziyarət olunub. Bu haqda bu gün, 9 dekabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
"Neftçi" və SSRI yığmasının sabiq futbolçusu Anatoli Banişevskinin vəfatından 25 il keçir. Bununla əlaqədar AFFA-nın əməkdaşları, futbol veteranları, futbol ictimaiyyətinin nümayəndələri onun məzarını ziyarət ediblər.
Anatoli Banişevski 23 fevral 1946-cı ildə Bakıda anadan olub. O, UEFA-nın versiyasına görə, 2004-cü ildə Azərbaycanda son 50 ilin ən yaxşı futbolçusu seçilib.