top
Millimizin baş məşqçisi: “Hazırda Azərbaycan karatesində güclü rəqabət yoxdur” - MÜSAHİBƏ
04 dekabr 2024, 05:10
- ↺ +

Millimizin baş məşqçisi: “Hazırda Azərbaycan karatesində güclü rəqabət yoxdur” - MÜSAHİBƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Kişi karateçilərdən ibarət Azərbaycan millisinin baş məşqçisi Şahin Atamovun İdman.biz-ə müsahibəsini təqdim edirik:

- Növbəti Azərbaycan çempionatı başa çatdı. Yarışı necə şərh edərdiniz?

- Çempionat çox yüksək səviyyədə keçdi. Yaxşı seçimlər oldu. İdmançılar özlərini göstərə bildilər. Böyüklərdə potensiallı və gənc karateçilər seçildi və inanıram ki, onlar bizi yanıltmaz. Məqsədimiz Azərbaycan çempionatının səviyyəsini yüksəltməkdir. Bəzi karateçilər bu yarışı saymırdılar, döyüşmürdülər. Amma artıq çempionatın vacibliyi gündəm oldu.

- Seçim üçün yaxşı yarış olduğunu bildirdiniz. Konkret olaraq, sizi hansı çəkilərdəki mübarizə yaxşı mənada təəccübləndirdi?

- Çox qeyri-adi nəsə olmadı. Gözlədiyimiz karateçilər yer tutdular. Ümumi götürsək, hər şey yaxşıdır.

- Yaxşı, sualı başqa cür verək. Sizə görə çempionatın tapıntısı kim oldu?

- 18-20 yaşlı gənclər böyüklərdə iştirak etdi və yaxşı nəticələr göstərdi. Bu bizim üçün sevindirici haldır. Onlardan Rəşid Süleymanov (75 kq) qızıl medal qazandı. Vahid Həsənovun (+84 kq) da adını çəkə bilərəm. Bunlar bizim üçün həqiqətən də uğurdur. Yığmaya gənc və potensiallı idmançılar lazımdır.

- Bəs kimin çıxışı sizi daha çox məyus etdi?

- Belə məqam olmadı.

- Azərbaycan karatesində hazırkı rəqabət sizi qane edir?

- Hazırda karatemizdə elə də güclü rəqabət yoxdur. Düzdür, son illərə baxsaq, artıq rəqabət var. Əvvəl heç yox idi. Bir nömrələrimizə qarşı isə hələlik zəifdirlər. 60 kq-da 3 potensiallı idmançımız var. 67 kq-da Tural Ağalarzadə bir nömrədir. O, zədəyə görə yarışa çıxmadı. Hüseyn Məmmədli çempion oldu. Çox yaxşı karateçidir, son Avropa çempionatının bürünc medalçısıdır. Getdiyi bütün yarışlardan nəticə ilə dönür. Gələcəyi parlaqdır və ona inanırıq. Hüseynlə bərabər bu çəkidə Nurlan Rzazadə var ki, o da yaxşı gələcək vəd edir. 75 kq-da lider Fərid Ağayev idi. İndi Rəşid Süleymanov onunla rəqabət aparır. Düzdür, hər ikisi gəncdir, təcrübə tərəfdən də zəif ola bilərlər. Hər halda rəqabət bizim üçün vacibdir və onların bu komandada olması böyük uğurdur. 84 kq-da təəssüf ki, Turqut Həsənov təkdir. +84 kq-da isə favoritimiz Asiman Qurbanov idi. Çox sevindirici haldır ki, Vahid Həsənov da bu çəkiyə gəldi və uğurlu idmançıdır.

- Sizcə, Rafael Ağayev kimi güclü karateçilərin davamçılarını yenidən görməyə nə qədər vaxt lazımdır?

- Bunun üçün əlimizdən gələni edirik. Çox çalışıram ki, komandamız yüksək nəticələr əldə etsin. Düzdür, çox çətindir. Karateçilərin bir müəllimdən digərinə keçidi ağır, uzun çəkən prosesdir. Hərənin öz planı və strategiyası var. Amma düşünürəm ki, yavaş-yavaş komandamız bizdən də yaxşı nəticələr əldə edəcək. Bunun üçün sadəcə zaman lazımdır. Amma inanıram ki, 2025-ci ildə böyük uğurlar əldə edəcəyik.

 

Son xəbərlər

Xəbər
Bu gün, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
Bu gün, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
Bu gün, 10:49

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
Bu gün, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
Bu gün, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
Bu gün, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
Bu gün, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
Dünən, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
Dünən, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
Dünən, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
Dünən, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
Dünən, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
Dünən, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
Dünən, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Dünən, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Dünən, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Dünən, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Dünən, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Dünən, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Dünən, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Dünən, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
04 noyabr 2026, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
04 noyabr 2026, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Oxşar xəbərlər