Beynəlxalq konfrans çərçivəsində marafon keçiriləcək. Bu haqda bu gün, 27 iyun tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin iştirak etdiyi Beynəlxalq Konfrans (MINEPS VII) çərçivəsində keçirilən marafon “Ağ şəhər"də yerləşən “Bulvar Hotel”in qarşısından start götürəcək.
Tədbir 28 iyun saat 07:00-da baş tutacaq. Marafonda hər kəs iştirak edə bilər.