Gimnastikanın tamblinq növü üzrə ikiqat dünya çempionu, kişilərdən ibarət Azərbaycan yığmasının lideri Mixail Malkin dünya kubokunun qalibi olub. Bu haqda bu gün, 8 iyul tarixində Bakuplus.az məlumat verir.
Koimbrada (Portuqaliya) keçirilən çempionatın finalında o, 31.100 xal toplayaraq ən yüksək nəticə göstərib.
Azərbaycanın digər təmsilçisi Tofiq Əliyev isə yarışda dördüncü olub.
Azərbaycanın idman ustası Mixail Malkin 30 iyul 1996-cı ildə Bakının Biləcəri qəsəbəsində anadan olub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib. O, “batutla tullanma” (tamblinq) fəndi üzrə çıxış edir. Malkin “Ocaq” idman klubunun üzvüdür.