Azərbaycanlı MMA döyüşçüsü Nəriman Abbasovla qazaxıstanlı Fanil Rafikovun döyüşü ləğv edilib. Bu haqda bu gün, 8 mart tarixində 1News məlumat verib.
Bu qarşıdurma martın 18-də Astanada keçirilən Naiza 50 turnirinin əsas döyüşü olmalı idi.
Döyüş qazaxıstanlı döyüşçünün zədəsi səbəbindən ləğv edilib. Rafikovun özü may-iyun aylarına hazır olacağını bildirib. Eyni zamanda döyüşçünün məşqçisi Şəhriyar Abbasovun Leqalbet-ə dediyinə görə, Nəriman martın 18-də digər idmançı ilə döyüşə bilər.