Bakının Nərimanov rayonunda aprelin 26-da “Şahin” hərbi-idman oyununun rayon birinciliyi keçiriləcək. Bu haqda bu gün, 25 aprel tarixində Bakuplus.az məlumat verir.
Tədbir saat 9:30-da 193 nömrəli tam orta məktəbdə təşkil olunacaq.
Hərbi idman oyununu keçirməkdə məqsəd gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsini artırmaqdır.