“Neftçi” 14 ildən sonra ən böyük məğlubiyyətini yaşayıb. Bu haqda bu gün, 4 aprel tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
“Ağ-qaralar” ilk dəfə kubok oyununda 4 top fərqli məğlubiyyətlə üzləşiblər. Bundan öncə Bakı klubu ən böyük məğlubiyyətini 2009/2010 mövsümündə “İnter”lə oyunda almışdı – 0:3.
Paytaxt təmsilçiləri 2 aprel tarixində yarımfinal mərhələsinin ilk matçında evdə “Qarabağ”a 0:4 hesabı ilə məğlub olublar.