Paytaxt təmsilçiləri növbəti oyunda qalib gəliblər. Bu haqda bu gün, 3 fevral tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Azərbaycan Basketbol Liqasının XIII turunda iki yeni oyunçu ilə güclənmiş “Neftçi” “Sumqayıt” klubu ilə qarşılaşıb.
Matç “Ağ qaralar”ın 113:96 hesablı qələbəsi ilə bitib.
Oyunun ən yaxşıları “Neftçi”dən DiAncelo Stüart (24 xal, 4 assist), “Sumqayıt”dan isə Lenard Dikson (29 xal, 6 ribaund) olublar.