Qarabağ - Neftçi oyunu yekunlaşıb. Bu haqda bu gün, 8 oktyabr tarixində Bakuplus.az xəbər verir.
Futbol üzrə Azərbaycan Premyer Liqasının IX turu çərçivəsində keçirilən oyunda Ağdam təmsilçiləri qələbə qazanıblar. "Neftçi Arena"da baş tutan qarşılaşma 0:2 hesabı ilə yekunlaşıb.
Bu nəticədən sonra xallarının sayını 19-a çatdıran "köhlən atlar" lider olan "Zirə"yə çatıblar. Bakı klubu isə 12 xalla beşinci sırada qərarlaşıb.