“Neftçi” Azərbaycan cempionatları tarixində şəxsi rekorda imza atıb. Bu haqda bu gün, 23 yanvar tarixində Bakuplus.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir.
Premyer Liqanın XIX turunda Bakı təmsilçisinin "Sabah"la matçı qolsuz bərabərliklə yekunlaşıb. Bununla da klub Azərbaycan çempionatları tarixində 200-cü heç-heçəyə imza atıb. Bu rəqəm 908 görüşdən sonra qeydə alınıb.
“Neftçi” ölkə çempionatlarında 1992-ci ildən daimi iştirak edir. Bu günə qədər yalnız “Qarabağ” 200 dəfə heç-heçə edib.