“Neftçi” Futbol Klubu baş məşqçi ilə yollarını ayırıb. Bu haqda bu gün, 27 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Belə ki, Monteneqrodan olan mütəxəssis Miodraq Bojoviçlə müqavilə müddətinin uzadılmaması barədə qərar qəbul olunub.
Miodraq Bojoviç ötən ilin sonunda baş məşqçi təyin olunmuşdu. "Neftçi" Azərbaycan Kubokunun yarımfinalında "Qarabağ"a uduzub, Premyer Liqada isə 5-ci yeri tutub.