“Neftçi” basketbol klubu iki yeni oyunçunun keçidini rəsmiləşdirib. Bu haqda bu gün, 1 fevral tarixində Bakuplus.az Azərtac-a istinadən xəbər verir.
“Ağ-qaralar” Xorvatiyanın “Omis” komandasında çıxış edən Uilis Alfonso Ninfası transfer ediblər. Styuvat De Ancelo Uilyam isə Yunanıstanın “Meqaridas” klubundan gətirilib.
“Neftçi” hazırda Azərbaycan Basketbol Liqasında 20 xalla 4-cü pillədədədir.