“Neftçi” Azərbaycan Premyer Liqasında qələbə qazana bimir.
Bakuplus.az xəbər verir ki, Bakı klubu 4 oyunda heç-heçə edib və 1 matçda məğlub olub.
Roman Qriqorçukun komandası “Turan Tovuz” və “Şamaxı” ilə qolsuz, “Səbail” və “Araz-Naxçıvan”la 1:1 hesablı heç-heçə edib, “Sabah”dan isə 2 cavabsız qol buraxıb.
“Ağ-qaralar” 1992-ci ildən ikinci dəfə 5 start oyununu qələbəsiz başa vurub. . İlk belə hadisə 2017/2018 mövsümündə qeydə alınıb.