"Neftçi"nin 4 futbolçusu bugünkü matça çıxa bilməyəcək. Bu haqda bu gün, 13 aprel tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Premyer Liqanın XXX turunda "Araz-Naxçıvan"a qarşı keçiriləcək oyunu qapıçı Emil Balayevlə yanaşı, kəskin respirator virus infeksiyası diaqnozu ilə müalicə alan cinah müdafiəçisi Ömər Buludov da buraxmalı olacaq.
Həmçinin dizindəki ağrılarla bağlı müalicəsi davam edən digər qolkiper Aqil Məmmədov və yarımmüdafiəçi Ataa Caber də meydana çıxmayacaqlar.
Oyun saat 19:00-da başlayacaq.