“Neftçi” PFK-nın baş məşqçisi klubu tərk edə bilər. Bu haqda bu gün, 23 mart tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Bakı klubunun baş məşqçisi, 48 yaşlı Laurentsiu Regekampf Qətər klublarının diqqət mərkəzinə düşüb. Belə ki, bu ölkədən artıq bir neçə komanda mütəxəssislə maraqlanır.
Laurentsiu Regekampfın “Neftçi” ilə 2024-cü ilin yayına qədər müqaviləsi var. Paytaxt klubu onun başçılığı altında hazırda Azərbaycan Premyer Liqasında 3-cü pillədə qərarlaşıb.