“Neftçi” klubunun daha bir legioneri milli yığmasına çağırılıb. Bu haqda bu gün, 29 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Bakı klubunun futbolçusu Ataa Caber Fələstin millisinin düşərgəsinə çağırılıb. 29 yaşlı yarımmüdafiəçi Livan və Avstraliya yığmalarına qarşı DÇ-2026-nın seçmə mərhələsinin oyunları üçün komandaya cəlb edilib.
Daha əvvəl "Neftçi"dən Alfa Konte Syerra Leone millisinə dəvət almışdı.