“Neftçi” PFK-nın futbolçusu Kürdəmirdə əməliyyat olunub. Bu haqda bu gün, 12 dekabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Bakı klubunun U-15 komandasının futbolçusu Nurəziz Əzizovun Kürdəmir Mərkəzi Xəstəxanasında keçirdiyi əməliyyat uğurlu alınıb.
Oyunçunun vəziyyəti hazırda orta stabildir və o, özünü yaxşı hiss edir. N.Əzizov bir neçə gün Bakıda müalicə aldıqdan sonra evə buraxılacaq.
AFFA U-15 Liqasının XV turunda “Ulduz Mingəçevir” - “Neftçi” görüşünün 37-ci dəqiqəsində rəqib komandanın oyunçusu N.Əzizovla toqquşmuş, nəticədə futbolçunun dalağı partlamışdı.