Bakı klubunun kapitanının son vəziyyəti bəlli olub. Bu haqda bu gün, 5 mart tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Azərbaycan Premyer Liqasının XXV turunda “Qarabağ”la oyunda “Neftçi”nin futbolçusu Emin Mahmudov zədələnib. 31 yaşlı yarımmüdafiəçinin aşağı daban oynağında gərilmə aşkarlanıb.
Bildirilir ki, kapitan bugünkü məşqdə iştirak etməyəcək. Sabah, martın 6-da isə yenidən müayinədən keçəcək. Onun zədəsinin ciddi olub-olmaması yalnız müayinədən sonra bilinəcək.