“Neftçi”nin zədəli futbolçusu növbəti oyunda meydana çıxa bilər. Bu haqda bu gün, 14 mart tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Azərbaycan Premyer Liqasının XXVII turunda “Səbail” ilə keçiriləcək oyunda Emin Mahmudov da oynaya bilər. O, “Kəpəz”lə XXVI turun matçında zədələnmişdi.
Bərpa və müalicə prosesini davam etdirən qapıçı Emil Balayev, müdafiəçi Azər Əliyev və yarımmüdafiəçi Ataa Caber isə matçda iştirak edə bilməyəcəklər.
“Neftçi Arena”da 15 mart tarixində keçiriləcək “Neftçi” – “Səbail” oyunu saat 19:00-da başlayacaq.