“Neftçi”nin UEFA Konfrans Liqasındakı oyununun təqvimində dəyişiklik olub. Bu haqda məlumatı bu gün, 22 iyul tarixində Bakuplus.az Report-a istinadən verir.
İyulun 27-də “Neftçi”nin Bosniya və Herseqovina klubu “Jelezniçar”la keçirəcəyi ilk oyunun saatı dəyişib. Sarayevodakı qarşılaşma öncədən Bakı vaxtı ilə saat 22:30-da olmalı idi, amma yarım saat gec, 23:00-da start götürəcək. Matç “Qrbavitsa” stadionunda baş tutacaq.
Klublar arasında cavab oyunu avqustun 3-də “Bakcell Arena”da keçiriləcək.