Voleybol üzrə keçirilən çempionatda “Neftçi” bürünc medal qazanıb. Bu haqda bu gün, 20 aprel tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Kişi voleybolçular arasında baş tutan Azərbaycan çempionatında “Ağ-qaralar” üçüncü yer uğrunda görüşdə MOİK-ya qalib gəliblər – 3:0 (25:11, 25:15, 25:13).
Aprelin 22-də keçirilən final matçında “Azərreyl” və “Murov Az Terminal” qarşılaşacaq.