“Neftçi”nin yeni idman direktoru klubun əsas heyəti ilə görüşüb. Bu haqda bu gün, 27 oktyabr tarixində Bakuplus.az klubun rəsmi saytına istinadən xəbər verir.
Yeni mütəxəssis Yens Andersson “Neftçi” Misli Premyer Liqasının 11-ci turu çərçivəsində keçiriləcək “Neftçi” – “Sabah” qarşılaşmasına hazırlıq məşqini ziyarət edib. Məşqdən əvvəl klubun yeni idman direktoru komandamızın üzvləri ilə görüşüb, qarşıdan gələn oyunda “ağ-qaralar”a uğurlar arzulayıb.
Matç 29 oktyabr saat 18:30-da “Neftçi Arena”da baş tutacaq.