“Neftçi PFK-nın rəhbərliyi təsdiqlənib. Bu haqda bu gün, 25 iyun tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
"Neftçi" Peşəkar Futbol Klubunun Müşahidə Şurasının yeni tərkibi təsdiqlənib.
Müşahidə Şurasının sədri Hafiz Zeynalov, üzvləri isə Emin Əmrullayev, Orxan Sultanov, Fərid Hacıyev, Emil Alxaslı, Bəxtiyar Aslanbəyli və Afaq Məmmədova seçiliblər.