“Neftçi” PFK-nın yeni prezidenti (baş icraçı direktor) mətbuata təqdim olunub. Bu haqda bu gün, 25 iyul tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
Fərrux Mahmudovu “Neftçi” PFK-nın Müşahidə Şurasının sədri, SOCAR-ın prezidenti Rövşən Nəcəf təqdim edib. O, Fərrux Mahmudova işlərində uğurlar arzulayıb.
Mahmudov klubun inkişaf istiqamətlərindən danışıb: "Klubun fəaliyyəti ilə bağlı 4 istiqamət müəyyənləşdirilib. Bunlar idman tərəfi, doğru idarəetmə, maliyyə resursları, azarkeşlərlə düzgün kommunikasiyanın qurulmasıdır. Bütün bunlar təmin edildikdən sonra klubun fəaliyyətində dönüş yaranacağına ümid edirik".