“Neftçi”nin futbolçusu zədəsini sağaldıb. Bu haqda bu gün, 28 mart tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
30 yaşlı orta sahə oyunçusu Ataa Caber artıq özünü yaxşı hiss etdiyini bildirib:
“Yenidən oynamağa hazıram. Bərpa prosesi bir az çətin keçdi. Çünki sağaldıqdan sonra çıxdığım ilk oyunda yenidən eyni yerdən xəsarət almışdım. Eyni prosesi keçməli oldum. Üç aylıq fasilədən sonra bura qayıtdım”, – deyə o qeyd edib.
Klubun növbəti oyunu 29 mart tarixində saat 16:30-da “Qəbələ” ilə baş tutacaq.