Neftçi futbol klubu yeni transferini açıqlayıb. Bu haqda bu gün, 13 avqust tarixində Bakuplus.az kluba istinadən xəbər verir.
"Ağ-qaralar" portuqaliyalı yarımmüdafiəçi Rafael Quzzo ilə müqavilə bağlayıb. 6 nömrəli formanı geyinəcək 29 yaşlı futbolçu ilə 2 illik müqavilə bağlanıb.
Yarımmüdafiənin mərkəzi ilə yanaşı, hücumameylli və dayaq yarımmüdafiəçisi kimi oynamağı bacaran Quzzo Portuqaliyanın müxtəlif, həmçinin 21 yaşadək futbolçulardan ibarət milli komandalarının üzvü olub. “Benfika”nın B komandasında, həmçinin bu ölkənin “Şaves”, “Tondela”, “Famalikan” klublarında çıxış etmiş futbolçu ölkəsinin yüksək liqasında 100-ə yaxın oyun keçirib. O, İspaniya 2-ci La Liqasında və Braziliya A Seriyasında da oynayıb.