“Neftçi” PFK-nın kapitanı zədələnib. Bu haqda bu gün 9 mart tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
31 yaşlı yarımmüdafiəçi Elvin Mahmudov Premyer Liqanın XXVI tur matçında "Kəpəz"ə qarşı keçirilən oyunda sıradan çıxıb.
“Kəpəz” – “Neftçi” oyunu 3:3 hesabı ilə yekunlaşıb. "Ağ-qaralar"ın hər üç qolunu Filip Ozobiç vurub.