“Neftçi” PFK-nın sabiq prezidenti UEFA-nın oyununa təyinat alıb. Bu haqda bu gün, 5 avqust tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Orxan Hüseynzadə Çexiyada yerli "Slaviya" və Belçikanın "Yunion" komandaları arasında keçiriləcək Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk matçında UEFA nümayəndəsi olacaq.
Praqa şəhərində yerləşən “Eden Arena”da keçiriləcək oyunu almaniyalı baş hakim Tobias Ştiler idarə edəcək.
Orxan Hüseynzadə 2017-2018-ci illərdə "Neftçi"nin prezidenti olub.