“Neftçi” PFK Azərbaycan Kubokunda rekordunu təzələyib. Bu haqda bu gün, 1 fevral tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
“Ağ-qaralar” ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyununda “Sumqayıt”a 3:2 hesabı ilə qalib gəlib.
Bu oyundan sonra “Neftçi” 1992-ci ildən keçirilən yarışda çıxdığı 79-cu səfər görüşündə 40-cı qələbəsini əldə edib. Klub Azərbaycan Kuboku tarixində rəqib meydanında ən çox qələbə qazanan komandadır.