“Neftçi” Futbol Klubu Türkiyədə növbəti matçına çıxıb. Bu haqda bu gün, 18 iyul tarixində Bakuplus.az kluba istinadən xəbər verir.
Roman Qriqorçukun rəhbərlik etdiyi komanda Türkiyənin Superliqa təmsilçisi "Sivasspor"la qarşılaşıb. "Palandöken Yüksek İrtifa Camp Facilities"də keçirilən matç Bakı klubunun 2:1 hesablı qələbəsi ilə bitib.
"Neftçi" klubu ilk yoxlama matçında Superliqanın digər təmsilçisi "Alanyaspor"u 3:1 hesabı ilə məğlub etmişdi.