“Neftçi” Futbol Klubu heyətini daha bir futbolçu ilə gücləndirib. Bu haqda bu gün, 16 iyul tarixində Bakuplus.az kluba istinadən xəbər verir.
Azərbaycan millisinin üzvü Ramil Şeydayev və Bakı təmsilçisi arasında 3 illik müqavilə imzalanıb. 28 yaşlı hücumçu 90 nömrəli formanı geyinəcək.
R.Şeydayevin son klubu Türkiyənin I Liqa təmsilçisi "Kocaelispor" olub.