“Neftçi” - “Qarabağ” derbisi ağdamlıların qələbəsi ilə yekunlaşıb. Bu haqda bu gün, 4 mart tarixində Bakuplus.az xəbər verir.
Azərbaycan Premyer Liqasının XXV turu çərçivəsində keçirilən oyunda “Neftçi” öz meydanında “Qarabağ”a 1:4 hesabı ilə məğlub olub.
Matçın 51-ci dəqiqəsində Bakı təmsilçisinin kapitanı Emin Mahmudov zədələnib. Onun yerinə meydana Eddi İsrafilov daxil olub.
Hazırda “Neftçi” turnir cədvəlində 3-cü, “Qarabağ” isə 1-cidir.