Azərbaycan Premyer Liqasının III turunda “Neftçi” və “Sabah” komandaları arasında keçiriləcək oyunun yeri dəyişdirilib. Bu haqda bu gün, 17 avqust tarixində Bakuplus.az AZƏRTAC-a istinadən xəbər verir.
“Zirə” klubu “Liv Bona Dea Arena”nın ot örtüyünü qorumaq üçün “Neftçi”yə müraciət edib. Buna görə, matç əvvəlcədən elan olunduğu kimi “Liv Bona Dea Arena”da yox, Zirə İdman Kompleksində keçiriləcək.
Oyun avqustun 18-də saat 20:30-da start götürəcək.