Növbəti “Neftçi” - “Qarabağ” derbisinin vaxtı məlum olub. Bu haqda bu gün, 6 mart tarixində Bakuplus.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir.
Misli Premyer Liqasının XXXII tur çərçivəsində keçiriləcək oyunların cədvəli açıqlanıb.
Belə ki, “Neftçi” - “Qarabağ” qarşılaşması 30 aprel tarixində “Bakcell Arena”da saat 19:00-da baş tutacaq.
Bundan əlavə, 1 may tarixində Zirə İdman Kompleksində saat 20:00-da “Zirə” - “Turan Tovuz” və Qəbələ şəhər stadionunda saat 17:30-da “Qəbələ” - “Səbail” oyunları baş tutacaq.