Bakıda baş tutmuş futbol matçından sonra “Neftçi” və “Qarabağ” klubları cəzalandırılıb. Bu haqda bu gün, 5 mart tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Premyer Liqanın 25-ci turunda keçirilən oyunda fanatlar rəqibin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr işlətdikləri üçün AFFA İntizam Komitəsi tərəfindən hər iki komanda 1000 manat cərimələnib.
Əlavə olaraq “Neftçi”nin 4 futbolçusu sarı vərəqə aldığına və meydana kənar şəxslərin daxil olmasına görə klub ümumilikdə 1500 manat cərimələnib.
Martın 3-də keçirilən “Neftçi” - “Qarabağ” oyunu 1:4 hesabı ilə yekunlaşıb.